banner
banner

Gündəm

Vaqif Mustafayevin Sevil Əliyeva revanşı

Vaqif Mustafayevin Sevil Əliyeva revanşı

“Space” rəhbəri ona olan hücumları müsahibə yolu ilə kompensasiya edir?

Mərhum prezident Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı, tanınmış bəstəkar və ictimai xadim Sevil Əliyeva “Space” telekanalına müsahibə verib. Hazırda Londonda yaşayan Sevil Əliyeva telekanalın prezidenti Vaqif Mustafayevə verdiyi müsahibədə atası və qardaşı haqda xatirələrini bölüşüb.

Siyasi və media dairələrində isə bu müsahibə birmənalı qarşılanmayıb. Məlumdur ki, S.Əliyeva, ümumiyyətlə, yerli telekanallara, saytlara müsahibə vermir. Onu ancaq sahibi olduğu “Space” kanalının efirində görmək mümkündür. 
Bu müsahibədə ən maraqlı cəhət isə onun “Space” üçün ən çətin ərəfədə efirə getməsidir. “Yeni Müsavat” son bir ayda sözügedən kanalın ətrafında gedən proseslərlə bağlı bir neçə dəfə yazıb. Xüsusən canlı yayımlanan verilişlərdə aparıcıların söylədiyi sözlər, davranışları ictimaiyyətdə ciddi müzakirə və etiraz mövzusuna çevrilib. Bununla bağlı nəinki tamaşaçılardan, eyni zamanda Milli Teleradio Şurasından da təpkilər gəlib. Sonuncu kanala xəbərdarlıq edib, rəhbərlik isə qınağa tuş gələn verilişləri efirdən çıxarıb, bəzilərinin aparıcısını dəyişdirib. Bununla da vəziyyəti kompensasiya etməyə çalışıb. 
Amma hiss olunur ki, kanala qarşı qəzəb yekunlaşmır. Media ekspertləri dəfələrlə bildiriblər ki, “Space” kanalının son zamanlar hücuma məruz qalması onun “dayaqsız” olması ilə bağlıdır. Belə ki, sahibinin - Sevil Əliyevanın ölkədən kənarda olması, burdakı klanlararası savaşlarda zəif mövqeləri onu zaman-zaman hücum mərkəzinə çevirib. İndiki ərəfədə isə sözügedən müsahibə həm kanalın rəqiblərinə, həm də tez-tez ona göz ağardan “yuxarılar”a ciddi mesajdır. 
 
Xüsusən müsahibədə S.Əliyevanın dövlət başçısı barədə xoş sözləri, onunla bağlı uşaqlıq xatirələrini paylaşması, atası Heydər Əliyev barədə söylədikləri diqqət çəkirdi. Ekspertlər hesab edir ki, sözügedən müsahibə eyni zamanda həm S.Əliyeva, həm də V.Mustafayev üçün ciddi revanşın göstəricisidir. Bundan sonra telekanala qarşı “yuxarı”larda münasibətin dəyişəcəyi, təzyiqlərin azalacağı güman edilir. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.