banner
banner

İdman

“Qarabağ” Çempionlar Liqasına heç-heçə ilə başladı

“Qarabağ” Çempionlar Liqasına heç-heçə ilə başladı

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları davam edir.
Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edib. Bu görüşdə sensasiyalı nəticə qeydə alınıb.  Matçın favoriti Ağdam klubu hesabı olunsa da, qalib gələ bilməyib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 22-i Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro) - 0:0 
Baş hakim:
 Sebastyan Koltesku (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.