banner
banner

Dünya

Məşhur iş adamının meyiti tapıldı

Məşhur iş adamının meyiti tapıldı
“Mis kralı” ləqəbiylə tanınan məşhur iş adamı Cüneyt Əli Turqutun atası Mehmet Turqutun cəsədi basdırılmış olaraq tapılıb. 
Hadisə ilə bağlı İstanbulun 5 rayonunda əməliyyat aparılıb və 19 nəfər həbs olunub. 
 
Mehmet Turqut  İstanbulda 19 gün əvvəl müəmmalı şəkildə itkin düşmüşdü. Daha sonra bir nəfər zəng edərək onun azad edilməsi üçün ailəsindən 5 milyon avro istənmişdi. Lakin zəng edən adamdan daha sonra səs çıxmayıb. Türk polisi hadisədən sonra dərhal hərəkətə keçib. Dəlillər toplandıqdan sonra iş adamını qaçıranların kimliyi müəyyənləşdirilib. Həbs olunanlardan birinin məşhur narkotik taciri olduğu qeyd edilir. 
 
Qeyd edək ki, Mehmet Turqut Türkiyənin “saat nəhəngi” sayılan “Dosat Saat” şirkətinin qurucusudur. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.