banner
banner

Sosİal

“WhatsApp” zənglərinə məhdudiyyət və operatorların təkzibi...

“WhatsApp” zənglərinə məhdudiyyət və operatorların təkzibi...

Bir neçə gündür Azərbaycanda “WhatsApp” proqramından istifadədə problemlər yaşanmaqdadır. “WhatsApp” vasitəsilə zəng funksiyasının məhdudlaşdırılması, əsasən “Azercell Telecom” və “Azerfon” («Nar») abunəçiləri arasında müşahidə olunur.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də bununla bağlı yaşadığı çətinliyi sosial şəbəkədə paylaşıb. İ.Qəmbər statusunda belə yazıb: “Torpaqdan tutmuş banklara qədər ölkəmizin bütün zənginliklərini, sərvət və imkanlarını inhisara almış rejimin yalançıları iddia edirlər ki, "WhatsApp"da olan problemlər inhisarla bağlı deyil, texniki problemlərdir. Bu da "WhatsApp"ın cavabı. Rejiminin nəzarətində olan mobil telefon şirkətləri də, internet provayderləri də pulsuz beynəlxalq danışıqlarını qəsdən əngəlləyirlər. Yaratdıqları korrupsiya və monopoliya sistemi rejimin özü-özünə ”Asan Qazanc" xidmətidir".
 
İ.Qəmbərin “WhatsApp” zəng xidmətindən istifadə etmək istəyən müştəriyə ingilis dilində verilən cavabı da təqdim edib. Həmin cavabda göstərilib ki, telefon sahibinin “WhatsApp”la zəng etmək imkanı yoxdur. Bu isə mobil rabitənin yaratdığı problemlə bağlıdır.
 
Maraqlıdır ki, bu günə qədər sözügedən mobil operatorların mətbuat xidmətləri açıqlama veriblər. Həmin açıqlamaları təqdim edirik:
 
«Azercell» tərəfindən «WhatsApp» əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb. Şirkətimiz bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır", - deyə, “Azercell”in mətbuat xidmətindən bildirilib.
 
“Nar”dan da heç bir zəng məhdudiyyətinin tətbiq olunmadığı qeyd olunub: «Problemin kökü konkret telefonun əməliyyat sisteminin yenilənməməsi ilə bağlı ola bilər».
 
Problemin həlli üçün istifadəçilər fərdi şəkildə hər hansı tədbir görə bilərmi?
 
«WhatsApp» üzərindən aparılan zənglərindəki məhdudlaşdırma «WhatsApp Call» funksiyası ilə bağlantıya cavabdeh olan portların operatorlar tərəfindən bloklaşdırılması ilə bağlıdır. Lakin proqramın digər funksiyaları problemsiz işləyir.
 
Operatorların qanunsuz yaratdığı bu məhdudiyyəti VPN proqramlardan («Hotspot Shield VPN» və s.) istifadə etməklə aşmaq mümkündür. Bu qrup proqramlardan istifadə mobil operatorun müxtəlif portları bağlamasına imkan vermir.
 
Texniki parametrlər isə göstərir ki, “WhatsApp” üzərindən aparılan zənglərindəki məhdudlaşdırma “WhatsApp Call” funksiyası ilə bağlantıya cavabdeh olan portların operatorlar tərəfindən bloklaşdırılması ilə bağlıdır. Lakin proqramın digər funksiyaları problemsiz işləyir.  Mütəxəssislər bu durumdan da çıxış yolları olduğunu düşünür. Operatorların qanunsuz yaratdığı bu məhdudiyyəti VPN proqramlardan (“Hotspot Shield VPN” və s.) istifadə etməklə aşmaq mümkündür. Bu qrup proqramlardan istifadə mobil operatorun müxtəlif portları bağlamasını mümkünsüz edir.
 
“WhatsApp” üzərindən zəng edən tərəflərdən biri bu iki mobil operatordan hər hansı biridirsə, onda əlavənin zəng xidmətindən istifadə etmək mümkün deyil. Lakin “Bakcell”in abunəçiləri arasında bu problem yaşanmır.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.