Sevgilisi ilə istirahətə 22 500 xərclədi - fotolar
Futbolçu Arda Turan İspaniyaya getməzdən əvvəl sevgilisi Aslıhan Doğanla istirahətə yollanıb.
Arda 4 günlük Bodrum tətili üçün 22 500 lirə (təxminən 8900 manat) xərcləyib. Cütlüyə istirahətlərində yalnız 1 nəfər xidmət edib. 35 milyon qarşılığında Barselonaya getməsinə baxmayaraq hələ də Türkiyə mətbuatının gündəmində olan futbolçunun indi də dincəlmək üçün xərclədiyi məbləğ dillərə düşüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.