banner
banner

Dünya

Türk əsgərlərinə hücum: şəhid və yaralılar var

Türk əsgərlərinə hücum:
Türkiyənin Adıyaman vilayətində PKK terrorçuları türk əsgərlərinə hücum edib.
ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir ki, terrorçularla jandarma qüvvələri arasında baş vermiş atışadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.
Bildirilir ki, atışma zamanı bir əsgər şəhid olub, ikisi isə yaralanıb. Yaralıların son vəziyyəti barədə hələlik açıqlama verilmir.
Əsgərlərlə PKK terrorçuları arasında atışmalar davam edərkən əraziyə xüsusi təyinatlılar göndərilib.
Bölgədə xüsusi təyinatlı qüvvələr əməliyyata başlayıb
Terrorçular döyüşə-döyüşə meşəyə çəkiliblər. Xüsusi təyinatlı qüvvələr bölgədə əməliyyatları davam etdirirlər. Hələlik müşədə terrorçuların sığındığı yerlər aşkar edilib. Burada çox sayda silah-sursat tapılıb.
Son məlumatlara görə, Türkiyənin Kilis vilayətində isə İŞİD terrorçu qruplaşmasının üzvü tutulub.
Ümumilikdə isə bu gün ərzində Suriyadan Türkiyəyə qeyri qanuni yollarla keçməyə çalışan 652, Türkiyədən Suriyaya keçəyə çalışan 2, İrandan Türkiyəyə keçən 9, Türkiyədən Yunanıstana qaçmaq istəyən 50, Bolqarıstandan Türkiyəyə gələn 3 nəfər saxlanılıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.