Rusiya höküməti ölkə regionlarında nəqliyyat vasitələrinin daha ucuz yanacaqdan istifadə etməsni dəstəkləyən planın icrasına başlayıb.
Cia.az-ın BBC-yə istinadən məlumatına görə, həmin plan çərçivəsində Rusiya regionlarına qazla işləyən avtobusların alınması üçün subsidiya ayrılacaq.
Rusiya Nazirlər Kabinetinin saytında dərc olunan məlumata əsasən, ayrılan vəsait hesabına, o cümlədən, qazla işləyən kommunal təsərrüfat texnikasını da almaq mümkün olacaq.
Bu məqsədlərə Rusiyanın 23 regionuna ümumilikdə büdcədən 3 milyard rubl ayrılır.
Qaz yanacağında işləyən texnika ilə regionların təchizatı hökümətin antiböhran siyasəti və "Sənayenin inkişafı və rəqabət qabiliyyətinin artırılması" dövlət proqramı ilə nəzərdə tutulub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.