banner
banner

Şou

Demi Murun hovuzundan kişi meyidi tapılıb

Demi Murun hovuzundan kişi meyidi tapılıb

Hollivud ulduzu Demi Murun evinin hovuzunda kişi meyidi tapılıb.
Cia.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, şəxsin adı mediaya açıqlanmır. Onun 21 yaşı olduğu bildirilib. Bazar günü aktrisanın evində parti təşkil olunub. Mur isə özünün və övladlarının həmin saatlarda evdə olmadığını, mərasimin köməkçisi tərəfindən keçirildiyini iddia edib. 

Gecədə olan insanların dediyinə görə, dünyasını dəyişən şəxs yuxulu halda hovuza yıxılıb. Kənardakılar isə onu görməyib. 

Polis ölən şəxsin narkotik maddə və spirtli içki qəbul edib-etmədiyini araşdırır.

Demi Murun qonşuları polisə ifadəsində aktrisanın və övladlarının hər gecə parti keçirdiyini iddia edib. 

Qeyd edək ki, Hollivud ulduzunun balaca qızı Talula ötən həftə həmin hovuzda şənlik keçirib, fotolarını sosial şəbəkədə yaymışdı. 



Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.