banner
banner

İdman

Messi Suares haqda danışdı

Messi Suares haqda danışdı

"Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Luis Suares haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, uruqvaylı hücumçu haqda müsbət fikirlər səsləndirib:

"Onun "Liverpul"dan "Barselona"ya keçməsi çox yaxşı oldu. Suareslə birlikdə daha güclü komanda olacağımıza inanıram. Onun "Barsa"nın əsas komandasında oynamasını səbirsizliklə gözləyirik".

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-i başa çatır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.