Yay aylarının gəlişi məşhurların bikini və çimərlik geyimləri ilə fotolarının internetdə çoxalmasına səbəb olub. Hər il yeni bir dəb gündəmdə olduğu üçün bu il də "slaşkini" deyilən geyimə sahillərdə daha çox rast gəlinir. Miranda Kerr, Cennifer Lopez, Adriana Lima, Ebru Şancı, Cansu Taşkın kimi tanınmışlar artıq bu geyimdə görüntüləniblər.
Axşam.az Türkiyə mediasına istinadən yayın yeni dəbi ilə ayaqlaşan ulduzların fotolarını təqdim edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.