banner
banner

Sağlamlıq

Ortaq daraqdan istifadə xəstəlik yarada bilər

Ortaq daraqdan istifadə xəstəlik yarada bilər

Mütəxəssislər yoluxucu xəstəliklər səbəbilə daraqların kimsə ilə paylaşılmaması ilə bağlı xəbərdarlıq edir.

Dermatoloq, dr. Ata Nejat Ertek yoluxa biləcək xəstəlik riskinə qarşı darağınızı heç kimlə paylaşmamanızı tövsiyə edir. Bədəndə meydana gələn göbələk xəstəliyinin dəri xəstəliyi olduğunu ifadə edən Ertekin fikrincə, xəstəlik üzərilərində çox tük olmayan dərilərin düz hissələrini təsiri altına alır. Adətən qırmızı pulcuqlu bir nöqtə ilə başlayır. Bu nöqtə zaman keçdikcə xaricə doğru yayılır. Yaranın mərkəzi yaxşılaşmağa başlayıb bir halqa şəklini ala bilər.

Bu, saçlı dəridə, bədən, qol, ayaq dərisində, dırnaqda yarana bilər. Saçlı dəridə uşaqlıq dövründə pis gigiyenik şərtlərdə yaşayanlarda müşahidə olunur. Bədən, qol və ayaq dərisində yaranan göbələk infeksiyaları daha çox ev heyvanları, böyük-kiçik baş heyvanlar və torpaqdan keçir. Tək və çox sayda, dairəvi, qırmızı, kəpəkli formada özünü göstərir.

Göbələk yoluxucu xəstəlikdir. Daraq, dəsmal və yataq kimi şəxsi əşyalara təmas yolu ilə də yayıla bilir.

Uşaqlarda yetkinlərdən daha çox yayılıb. Dırnaq göbələyi daha çox ayaq dırnaqlarında uc və yan hissələrdən başlayan dırnaqda qalınlaşma və saralma ilə özünü büruzə verir. Göbələk xəstəliyində qaşınan yeri qaşımamaqda fayda var. Çünki qaşıma zamanı dərinizi zədələyə bilərsiniz. Bu da nəticədə başqa infeksiyaların yaranmasına səbəb ola bilər və ya barmaqlarınızdakı göbələk bədəninizə yayıla bilər. Bu xəstəlik zamanı müalicə xəstənin kliniki vəziyyətinə əsasən təyin olunur.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.