banner
banner

İdman

“Uşaqlara tapşırmışam ki...”

“Uşaqlara tapşırmışam ki...”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində İslandiya "Hafnrafyordur"u ilə cavab qarşılaşması öncəsi "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. 

Cia.az xəbər verir ki, gürcü mütəxəssis səfərdə 2:1 hesablı qələbə qazansalar da, cütlüyün taleyinin həll olunmadığını bildirib.

 "Ənənəvi şəkildə hazırlıqlarımızı davam etdiririk. Uşaqlar sabahkı görüşə tam məsuliyyətlə hazırlaşır. Bilirik ki, çətin oyun olacaq. Ancaq biz müdafiədə oturmayacağıq. Sevindiricidi ki, zədəlilərimiz yoxdu".

 - İlk oyunla müqayisədə dəyişikliklər olacaqmı? 

- Ola bilər ki, bir dəyişiklik olsun.

- İlk oyunlara hazırlıq üçün zamanınız məhdud idi. İndi necə, ibtidai səhflərdən qurtulduğunuzu demək olar? 

- Təminat verə bilmərəm. Ancaq onu bildirim ki, "Laçi" ilə görüşlərdən daha hazırlıqlı durumdayıq.

- Kaxaber Sxadadze İslandiyaya nəyə getmişdi? Axı "İnter"in heyətində Gürcüstan millisinə namizədlər yoxdu.

- Açığı, yalnız oyundan sonra bildik ki, Kaxa oyundadı. O, Xizanişvilinin durumuna baxmaq istəyirdi. Planında onu dəvət etmək var. 

 - Martinsin oyuna daxil olmasından sonra "İnter" dirildi. Penalti epizodunda ötürmənin müəllifi olan braziliyalı, 2-ci qolu vuraraq, "İnter"ə qələbə qazandırdı. Qeyd etdiniz ki, 1 dəyişiklik olacaq. Söhbət Dieqo Martinsdən gedir?

- (Gülümsəyir) Hər şey ola bilər. Məntiqlə elə də olmalıdı.

- Ötən mövsüm də "İnter" 2-ci mərhələdə səfərdən qələbə ilə dönmüşdü, lakin cavab oyununda artıq 3-cü dəqiqədə azlıqda qaldı və yekunda məğlub oldu.

- Həmin görüşdə qırmızı vərəqə ədalətsiz oldu. Uşaqlara tapşırmışam ki, cərimə meydançasında olduqca ehtiyatlı olsunlar. Eyni zamanda, standart vəziyyətləri də nəzərə almışıq. Çünki islandlar "2-ci mərtəbə"də olduqca təhlükəlidirlər.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.