Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Cia.az-a verilən məlumata görə, vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, vətəndaşlarda vergi mədəniyyətinin formalaşdırılması, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq sahibkarlar, onların ictimai birlikləri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, ictimaiyyətin nümayəndələri ilə çoxsaylı layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində əsas məqsəd Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, xüsusən elektron xidmətlər barədə vergiödəyicilərin məlumatlandırılması, vergi sahəsində onların biliklərinin daha da artırılmasıdır.
Bu gün Sabirabad rayonunda “Davamlı iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu” mövzusunda daha bir görüş keçirilib. "Dəyirmi masa" xarakteri daşıyan görüşdə 5 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan rayonların sahibkarları, icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycanda həyata keçirilən vergi siyasəti, Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən islahatlar, təqdim olunan xidmətlər barədə məlumat verib, vergi qanunvericiliyinə əməl edilməsinin vacibliyinin cəmiyyətə aşılanması və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
"Dəyirmi masa"da yerli icra hakimiyyəti orqanının, sahibkarların, rayon ictimaiyyətinin nümayəndələri çıxış edib, Vergilər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər, nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi, vergi borclarının yaranması ilə bağlı problemlər barədə müzakirələr aparılıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.