Suşi bir çoxlarının ən sevimli qidalarından biridir. Amma bu dəfə Yaponiya mətbəxinin əsas yeməyi olan suşi bir insanın ölümünə səbəb olacaqdı.
ANS PRESS-in məlumatına görə, Quandun əyalətinin sakini qarnındakı ağrılara görə xəstəxanaya müraciət edib. Rentgen müayinəsi zamanı məlum olub ki, adamın orqanizmini solityor qurdları “işğal edib”.
Həkimlərin fikrincə, buna səbəb həmin kişinin suşini çox yeməsi olub. Belə ki, kişi gün ərzində bir necə dəfə çiy balıqdan olan bu yeməyi yeyib.
Onun orqanizmində o qədər çox qurd olub ki, rentgendə orqanizmində eşələnən qurdları görəndə adam özünü pəncərədən atmaq istəyib. Həkimlər onu güclə dayandırıblar.
Qeyd edək ki, solityor qurdlarının sürfələri orqanizmə ət lazımınca yuyulmayanda və bişirilməyəndə düşə bilər. Əgər qurdlar beyinə düşərsə, onun funksiyaları ləngiyir və fəsadlar ortaya çıxır. Xəstələnmə zamanı ürək bulanma, iştahın azalması müşahidə olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.