"Liverpul"un futbolçusu Daniel Staric yenə zədələnib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı hücumçu məşq zamanı əzələsini dartıb. Onun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Beləliklə, D.Staricin bu ilin sonuna kimi oynamayacağı dəqiqləşib.
Qeyd edək ki, D.Staric cari mövsümdə zədə səbəbindən cəmi 3 matçda iştirak edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.