Bu gün ATV-nin aparıcısı Ramin İbrahimovun toyudur. Aparıcı Nəzrin adlı xanımla ailə qurur. Cütlüyün nikah mərasimi bir neçə gün əvvəl baş tutub.
Təəssüratlarını bölüşən R.İbrahimov bunları bildirib:
“Allahın icazəsi ilə böyük gün yetişdi. 24 iyul tarixi mənim həyatımda hər zaman xüsusi yer tutacaq. Bu gün sevdiyim xanımla ailə həyatına addım atacağam. Toya dəvət etdiyim hər kəsə də xoş dəqiqələr arzulayıram”.
Qeyd edək ki, Ramin və Nəzrin cütlüyü ötən ilin oktyabrında nişanlanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.