Avstraliyanın “İnstitute for Economics and Peace” analitik təşkilatı sakit və sülh içində yaşayan ölkələrin reytinq cədvəlini tərtib edib.
Cia.az Modern.az-a istinadən xəbər verir ki, təşkilat cədvəli zorakılıq və cinayət sayı, müdafiə və hərbi xərclər, qonşu dövlətlərlə münasibətlər, qaçqın sayı və insan hüquqları sahəsindəki vəziyyətlə bağlı 23 ayrı-ayrı kriteriyalar üzrə tərtib edib.
“İnstitute for Economics and Peace” təşkilatı Şimali Afrika və Yaxın Şərq ölkələrini yaşayış üçün ən təhlükəli ölkələr siyahısına daxil edib. Ən sakit ölkərin sırasında ilk pillələri Şimali Avropa ölkələri tutur.
Hərbi münaqişənin yaşandığı Ukrayna ötən illə müqayisədə 8 pillə geriləyərək 162 ölkə arasında 150-ci yeri tutub. Şimal qonşumuz Rusiyanın da göstəricisi pisləşib və yaşamaq üçün ən təhlükəli ölkələr sırasına daxil olub. Rusiya 152-ci pillədə qərarlaşıb. Qonşularımızdan Türkiyə 135-ci, Ermənistan 91-ci, Gürcüstan 79-cu, İran 138-ci yerdə gəlir. Azərbaycan isə 132-ci pillədə qərarlaşıb.
“İnstitute for Economics and Peace” təşkilatının hesablamalarına görə, ötən il ərzində planetimizdə baş verən zorakılıq faktları ümumilikdə 14,3 trilyon dollar zərərə səbəb olub.
Reytinq cədvəlinin digər ölkələrini təqdim edirik.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.