Çünki xəstə diş mədə başda olmaqla bir çox orqana zərər verir. Çürümüş dişlər hətta ürək-damar xəstəliklərinə, revmatizmə, qastritə, böyrək və qaraciyər problemlərinə səbəb ola bilər. Ona görə də, ağız boşluğu və diş təmizliyinə önəm vermək lazımdır.
İnsanlar dişləri ağrıyanda həkimə gedirlər. Bu, çox yanlışdır. Mütəxəssislər heç bir problem olmasa belə, 2 ildən bir mütləq diş müayinəsindən keçməyi məsləhət görürlər. Dişdəki ən kiçik kariyes və çürümə zamanı həkimə müraciət edib problemi aradan qaldırmaq lazımdır. Həmçinin, dişlərin sağlamlığını qorumaq üçün müəyyən qaydalara əməl olunmalıdır.
Dişlərin çürüməsinin qarşısını alan 10 əsas qaydanı təqdim edirik:
1.Dişlərinizi səhər və axşam fırçalayın. Diş ipindən və ağız yaxalayıcılarından istifadə edin.
2.Sağlam qidalanın. Bu diş sağlamlığını qorumağın ən yaxşı üsuludur. Orqanizm üçün lazımlı olan bütün vitamin və mineralları qəbul etsəniz, dişləriniz vaxtsız çürüməz.
3.Fındıq, qoz kimi çərəzləri dişinizlə qırmayın.
4.Kök və alma yeyin. Bu qidalar liflə zəngin olduğu üçün dişləri təmizləyir.
5.Şirniyyat, şokolad, lokum kimi qidaları yedikdən sonra mütləq dişlərinizi fırçalayın. Əgər buna imkan yoxdursa, su ilə qarqara edin.
6.Şəkərsiz saqqız çeynəyin.
7.Qazlı içkilərin əvəzinə, təbii meyvə şirələri için.
8.İldə bir dəfə diş həkiminə müraciət edərək dişlərinizi florla gücləndirin. Flor dişlərin minerallaşmasında iştirak edir və diş çürüklərinin qarşısını alır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.