Dünən Böyük Britaniyanın Kensinqton sarayında Kembric hersoginyası Keyt Midltonun rəhbərlik etdiyi “Place2Be” xeyriyyə təşkilatının tədbiri baş tutub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məktəblilərə, məişət zorakılığına məruz qalanlara psixoloji yardım göstərmək məqsədilə yaradılan fondun gecəsinə K.Midlton sevimli brendi "Jenny Packham”dan olan libası ilə qatılıb.
Qeyd edək ki, 4 aylıq hamilə olan hersoginya tezliklə şahzadə Uilyamla bərabər bir sıra xeyriyyə tədbirlərində iştirak etmək üçün Nyu-Yorka yola düşəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.