banner
banner

Sağlamlıq

Arı sancmasına yaxşı təsir edən təbii vasitələr

Arı sancmasına yaxşı təsir edən təbii vasitələr

Yay mövsümündə çoxlarının üzləşdiyi və narahatlıq yaradan problemlərdən biri də arı sancmalarıdır.

Bu zaman ağrını və şişkinliyi aradan qaldırmağın bir çox yolları mövcuddur. Bəzi təbii vasitələr arı sancmaları zamanı əmələ gələn şişkinliyin aradan qaldırılmasında olduqca təsirlidir.

Arı sancmalarında hər hansı prosedurun tətbiqindən əvvəl həmin bölgəni sabun və bol su ilə yumaq önəmlidir. Bu yolla infeksiyaya səbəb ola biləcək bakteriyalar həmin bölgədən uzaqlaşdırılır. Sonra isə aşağıda təqdim etdiyimiz təbii üsullardan istifadə edilir...

Sarımsaq

Olduqca populyar olan bu üsul xüsusilə ağrının keçməsini təmin edir. Bir diş sarımsağı əzin və arının sancdığı yerə sürtün.

Lavanda yağı

Lavanda yağı arının zəhərinin yox edilməsində olduqca təsirlidir.

Karbonat və su

Karbonat və suyu qarışdırıb əldə etdiyiniz məcunu arının sancdığı bölgəyə sürtün.

Soğan

Soğanı ortadan kəsin və sulu iç qismini arının sancdığı bölgəyə sürtün.

Bal

Arı sancmasına yaxşı təsir edən vasitələrdən biri də baldır. Nə qədər qəribə olsa da, bu həqiqətdir. Bal demək olar ki, hər cür sağlamlıq problemində ən təsirli yardımçı vasitədir. Balı arının sancdığı bölgəyə sürtün. Necə təsir etdiyinin şahidi olacaqsınız.

Cəfəri

Bir neçə cəfəri zolağını doğrayın və sulu halı ilə yaranın üstünə sürtün. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.