Çinin bir şəhərindən başqa bir şəhərinə təyyarə ilə gedən sərnişin təyyarədə yanğın çıxarmağa çalışıb. Adı açıqlanmayan sərnişin qeyri-adi addımı təyyarədəki sərnişinləri və pilotu şoka salıb. Çinin Beynəlxalq Hava limanından verilən məlumatlara görə, sərnişin cəhdinin qarşısı sərnişinlər tərəfindən alınıb. Gecə saat 00:01 radələrində baş verən hadisədən sonra sərnişin polislər tərəfindən nəzarətə götürülüb. Hava Yollarından verilən məlumata görə, artıq təyyarəyə yandırıcı, uçucu maddələr, həmçinin kibrit və alışqan keçirmək qadağan edilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.