"Çelsi"nin sabiq futbolçusu Didye Droqbanın yeni klubu müəyyənləşib.
Qol.Az-ın xəbərinə görə, 37 yaşlı hücumçu Kanadanın "Monreal İmpakt" klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. D.Droqba ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Monreal İmpakt" MLS liqasında mübarizə aparır.
Xatırladaq ki, D.Droqba bu yay "Çelsi"dən ayrılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.