banner
banner

Gündəm

Politoloq həbs təhlükəsi ilə üzləşdiyini deyir

Politoloq həbs təhlükəsi ilə üzləşdiyini deyir

Ərəstun Oruclu: “Bu barədə yaxın günlərdə çox tutarlı, konkret açıqlamam olacaq”

 

 
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu facebookda diqqətçəkən statusla çıxış edərək üstüörtülü şəkildə özünün də həbs təhlükəsinin mövcudluğuna toxunub və hakimiyyətə sərt ismarışlar göndərib. Politoloq qeyd edib ki, təxminən 3 ay əvvəl Avropa ölkələrindən birinin səfirliyində bir neçə aparıcı dövlətin səfirinin və beynəlxalq təşkilatların nümayəndələrinin ölkənin ictimai-siyasi fəalları ilə görüşü keçirilirdi. 
Görüş zamanı Azərbaycan üçün İŞİD təhdidindən danışarkən, bu terrorçu təşkilatın sıralarında təxminən 850 - 1200 Azərbaycan vətəndaşı olduğunu bildirib. 
Görüşdə iştirak edən bir hakimiyyət təmsilçisi isə onu yalan danışmaqda ittiham eləyib, halbuki onda olan məlumata əsasən, səlahiyyətli dövlət orqanlarının ölkə rəhbərliyinə təqdim etdiyi hesabatda bu rəqəm 1500 nəfər göstərilib: “Son günlər terrorçu təşkilatla bağlı yayılan məlumatlarda və Türkiyədə aparılan həbslərdə azərbaycanlı radikalların xüsusi diqqət çəkməsi artıq ciddi qəbul edilməli siqnaldır. Qanunsuzluq, haqsızlıq və ədalətsizlik mənbəyi olan Azərbaycan tipli idarəetmə sisteminə malik dövlətlər İŞİD və bu qəbildən olan təşkilatlar üçün münbit şəraitdir. Bu isə təhlükənin miqyasını bir qədər də böyüdür.
Bu fonda ölkənin siyasi müxalifəti və vətəndaş cəmiyyəti fəalları üzərində “məhkəmələr” quran və mən də daxil olmaqla, yerdə qalanları həbslə təhdid edən iqtidar başbilənlərinə isə bir tövsiyəm var: birdəfəlik hamını şərləyib atın içəri, bizlər onsuz da sizin üçün opponent deyilik artıq. Belə davam etsə, bu işi ən yaxşı bacaran elə İŞİD olacaq".
 
Ərəstun Oruclu ilə əlaqə saxlayıb onu kimin təhdid etdiyi, həbs təhlükəsinin olub-olmadığını xəbər aldıq. Ə.Oruclu qeyd etdi ki, belə bir təhlükə, hədə var. Sadəcə, bu gün geniş açıqlama vermək istəmir: “Mənim bu barədə yaxın günlərdə çox tutarlı, konkret açıqlamam olacaq. Ona görə də hələlik danışmaq istəmirəm”.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.