banner
banner

Sağlamlıq

Hansı dırnaq hansı xəstəliyin göstəricisidir?

Hansı dırnaq hansı xəstəliyin göstəricisidir?

Dırnaqlarınız sağlamlığınızla bağlı xəbərdaredici xüsusiyyətə malik ola bilər.

Belə ki, dırnaqların vəziyyətinə əsasən hər hansı xəstəliyinizin olub-olmamasını təyin etmək olar.

Solğun dırnaqlar

Sağlam dırnaq əsasən çəhrayı, dibinə doğru isə ağımtıl çəhrayı rəngdə olmalıdır. Əgər dırnaqlarınız solğun və ya digər rəngdədirsə, bu, sağlamlığınızla bağlı xəbərdaredici işarə ola bilər.

Yaşıl rəng bakterial infeksiya göstəricisidir.

Qırmızı xətlər ürəklə bağlı problemləri, maviyə çalan dırnaqlar qanda aşağı oksigen səviyyəsini, ağ rəng qaraciyər problemini və tünd rəngdə xətlər isə ürək xəstəlikləri və yaşlanmağı işarə edir.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq1.jpeg

Qalın dırnaqlar

Çox qalın dırnaqlar təbii deyil. Normaldan daha qalın dırnaqlar ağciyər problemi, göbələk infeksiyası, tiroid və qan dövranı sistemi xəstəliklərinə dair xəbərdar edir.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq2.jpeg

Çatlaq dırnaqlar

Çatlaq dırnaqlar əsasən təbəqə şəklində tökülən dırnaqlardır. Dırnaqlarınız tez-tez çatlayırsa, bu, fol turşusu və C vitamini çatışmazlığından xəbər verə bilər. Həmçinin xroniki yanlış qidalanma xəbərçisi də ola bilər.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq3.jpeg

Qaşıq dırnaq

Bu dırnaqlar daxili narahatlıqlardan asılı olaraq çökük şəklində qıvrılır və qaşığa bənzər forma alır. Əsasən dəmir çatışmazlığı, hemoxromatoz, ürək problemləri və hipotiroid xəstəliklərinin göstəricisi ola bilər.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq4.jpeg

Çöküntülü dırnaqlar

Dırnaqlarınızda görülən kiçik çöküntülər və ya nöqtəvari dəliklər dırnaqlarınıza yaxşı baxmadığınızın göstəricisi ola bilər. Lakin sədəf, sink çatışmazlığı və ya Alopecia areata adlı saç tökülməsinə səbəb olan avtoimmun problemlərindən də xəbər verə bilər.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq5.jpeg

Dalğalı dırnaqlar

Dırnaqlar mahiyyət etibarilə hamar səthlərdir. Əgər nəzərəçarpan dalğalanmalardan söhbət gedirsə, deməli, dəmir çatışmazlığı, artrit və ya lupus xəstəliyi əlaməti ola bilər.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq6.jpeg

Quru, qırılan dırnaqlar

Dırnaqlarınız tez-tez qırılırsa, hormon səviyyələrinizi yoxlatdırmanız tövsiyə olunur. Tiroid və ya göbələk xəstəliyindən söhbət gedə bilər.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq7.jpeg

Yumru dırnaqlar

Əgər dırnaqlarınızın ətrafındakı dəri şişirsə, bu, ağciyər xəstəlikləri, iltihabi bağırsaq xəstəlikləri və ya qaraciyər problemlərinin göstəricisi ola bilər.

b_420_0_16777215_0___images_stories_KOSMETOLOGIYA_dirnaqq8.jpeg

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.