Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Pakistan prezidenti Məmnun Hüseyn (Mamnoon Hussain) tərəfindən qəbul edilib.
APA-nın Pakistan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Pakistanın Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verdiyini bildirən M. Hüseyn iki ölkə arasında müdafiə, iqtisadiyyat və ticarət əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Prezident Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana davamlı dəstək göstərəcəyini vurğulayıb. O, həmçinin Kəşmir məsələsində BMT-nin qətnamələri və kəşmirlilərin istəklərinə uyğun olaraq məsələnin sülh yolu ilə həlli istiqamətində Pakistan mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.
M. Hüseyn Pakistanın Silahlı Qüvvələrinin Təlim Təşkilatlarında Azərbaycan hərbçilərinə təmənnasız və keyfiyyətli təlimlərin keçirilməsi barədə əldə olunmuş razılaşmanı təqdir edib.
O, prezident İlham Əliyevdən Pakistanın TRACECA-ya üzvlüyü üçün Azərbaycanın dəstəyini istədiyini bildirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüş üçün Pakistan dövlət başçısına minnətdarlığını bildirib. Nazir iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov da təmsil olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.