banner
banner

Hərbİ

Ermənilər girovumuzun qardaşının evini atəşə tutdular

Ermənilər girovumuzun qardaşının evini atəşə tutdular

Erməni silahlı bölmələri Tərtərin Qapanlı kəndini növbəti dəfə atəşə tutub. 

Ötən gecə atəşkəsin pozulması nəticəsində mərmilərdən bir neçəsi Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı Natiq Quliyevin evinə dəyib. Mərmilər evin hasarına və dam örtüyünə dəydiyindən xəsarət alan olmayıb.

Natiq Quliyev bildirib ki, düşmən tərəfi Azərbaycan ordusunun cavab atəşindən sonra susub.

Onun sözlərinə görə, kənd sakinləri hər an əldə silah vətənin müdafiəsinə hazırdırlar: "Hər zaman əlimizə silah alıb döyüş meydanına çıxmağa hazırıq. Kənddən heç yerə gedən deyilik. Müharibə olsa, biz ermənilərin başını ilan başı kimi əzməyə hazırıq".

Qeyd edək ki, ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə "azadlıqdan məhrum edilmə cəzasına məhkum" olunub.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.