banner
banner

İdman

"İnter" "Atletik"ə uduzdu

"İnter" "Atletik"ə uduzdu

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Bakının "İnter" klubu Bilbaoda "Atletik"in qonağı olub.

"Hafnarfyordur"u (İslandiya) mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ əldə edən Zaur Svanadzenin komandası bu uğurun davamını gətirməyə çalışacaqdı. Lakin "İnter"in rəqibi İspaniyanın iddialı klublarından olan "Atletik" idi.

2011/2012 mövsümündə Avropa Liqasının finalında oynayan "Atletik" bu görüşün favoriti hesab olunurdu. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının İspaniya klubuna necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "İnter" ikinci hissənin əvvəlində daha bir qol buraxaraq səfərdən məğlub ayrılıb - 0:2. 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

30 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Azərbaycan) - 2:0 
Qollar: 
Eraso, 12 (1:0), 49 (2:0)
Hakimlər: Stavros Tritsonis, Kristos Akviros və İlias Alekseas (hamısı Yunanıstan)
Bilbao. "San Mames" stadionu.

"Atletik": Laqo Herrerin,  Xavier Etxeyta,  Karlos Gurpegui (k), Mikel Belenziaqa, Xavier Eraso,  Benat Ekçeberiya, Ander İturraspe, Oskar de Markos, Markel Susaeta,  İbai Gomez, Aritz Aduriz

Ehtiyat oyunçular:  Qorka İraizoz, Laporte, Lekue, Elustondo, Aketxe, Kike Salo,  Viquera

“İnter”: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Denis Silva,  Nizami Hacıyev, İlkin Qırtımov, Nika Kvekveskiri,  Fuad Bayramov, Rauf Əliyev, Polyak

Ehtiyat oyunçular: Giorgi Lomaya, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Abbas Hüseynov, Fomenko , Abdullayev, Diaqo Martins

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.