“Azərsu”dan suyun çirkli olması xəbəri haqda- Açıqlama
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin internet saytında 30 iyul 2015-ci il tarixdə yerləşdirilmiş “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirləri həyata keçirir” (http://sehiyye.gov.az/main/1086-respublika-gigiyena-ve-epidemiologiya-merkezi-nezaret-tedbirlerini-heyata-kecirir.html) başlıqlı məlumat bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş formada verilib. Həmin materiallarda birinci və ikinci abzaslarında bəhs olunan məsələlər qarışdırıldığı üçün oxuculara çaşdırıcı məlumatlar verilib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatında belə deyilir. Qurumun yaydığı açıqlamaya görə, bir sıra mətbuat orqanları Səhiyyə Nazirliyinin yaydığı məlumatın birinci abzasında göstərilənlərdən çıxış edərək Binəqədi, Nizami, Qaradağ rayonlarına verilən içməli suyun çirkli olması barədə məlumatlar yayımlayıblar:
“Halbuki rəsmi məlumatın birinci hissəsində adıçəkilən rayonlarda ərazinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələsindən bəhs olunmuşdur və bunun istehlakçılara verilən içməli suyun keyfiyyəti ilə bağlılığı yoxdur. Maraqlıdır ki, bəzi mətbuat orqanlarında nazirliyin məlumatı olduğu kimi yerləşdirilsə də mətnlərin başlıqları kontekstdən çıxarılaraq verilmiş, bilavasitə içməli suyun çirkli olması məsələsi ilə əlaqələndirilmişdir”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti bəyan edir ki, bu cür məlumatlar reallığı əks etdirmir. Hazırda Bakı şəhərində və regionlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur. Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər obyektlərdən götürülən su nümunələri mütəmadi yoxlanılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.