Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində baş verən yanğın elit avtomobilləri məhv edib.
ANS PRESS-in məlumatına görə, Rusiya Hüquq mühafizə xidmətləri bildirirlər ki, yanğın səhər saatalarında “Orujeynıy” döngəsi ev 15 “a”da yerləşən gizli dayanacaqda baş verib.
Dayanacaqda altı “Rolls-roys”, iki “Bentli”, iki “Mersedes” olmaqla 10 avtomobil saxlanılıb.
Rusiya FHN baş idarəsinin mətbuat xidməti yanğını təsdiqləyiblər və bildiriblər ki, 50 kv. m sahədə baş verən yanğının qarşısı alınısada, səkkiz avtomobili yanğından qurtarmaq olmayıb.
Moskva polisinin hadisə yerinə istintaq qrupu cəlb edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.