banner
banner

Dünya

Gürcüstanda yol qəzasında 7 nəfər ölüb

Gürcüstanda yol qəzasında 7 nəfər ölüb
Gürcüstanın Quriya inzibati rayonunun Qriqoleti kurort qəsəbəsi yaxınlığında mərkəzi magistral yolda bir-birinin ardınca baş vermiş iki qəza nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks” məlumat verib.
Məlumata görə, əvvəlcə marşrut mikroavtobusu “Mercedes” markalı avtomobil ilə toqquşub, nəticədə 7 nəfər ölüb.
Az sonra həmin ərazidə polis pikapı “təcili yardım” maşını ilə toqquşub. Nəticədə 3 polis əməkdaşı xəsarət alıb.
Araşdırma aparılır. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.