Bakı Şəhəri üzrə Təhsil İdarəsi vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün təşkil edilən müsahibənin müddətini uzadıb.
İdarənin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün aparılan qeydiyyat iyulun 31-dən yekunlaşıb. Qeydiyyat keçən uşaqların I sinfə qəbulu üçün müsahibələrin bugün ərzində yekunlaşması nəzərdə tutulsa da, müraciət edənlərin çoxluğu səbəbindən bu müddət bir gün uzadılıb. Belə uşaqlar üçün müsahinə avqustun 4-ü saat 17.00-dək davam edəcək.
A.Tairquliyeva bildirib ki, indiyədək müsahibədə iştirak edən 1448 nəfər müsbət, 994 nəfər isə mənfi cavab alıb. Qeydiyyatdan keçən 70 nəfər isə müsahibəyə qatılmayıb.
Həmçinin, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 705 uşaq isə sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.