banner
banner

Şou

Həbsdə olan rəfiqəsindən Gülbənə məktub

Həbsdə olan rəfiqəsindən Gülbənə məktub

Narkotik maddə satmaqla günahlandırılan və həbsxanada olan müğənni Dəniz Səki "Hayat 2 bilet" mahnısının klipində rol alan sənətçi dostlarına məktub göndərməkdə davam edir.

CİA.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Nilgün Belgün və Dəmət Akalından sonra Səki Gülbən Ərgənə hədiyyə göndərib. Dəniz özü hazırladığı əlfəcini Gülbənə bağışlayıb. 

O, məktubda "Canımın cananı, qadın dostum, dəyərlim. Könlü nurla parıldayan, işıq saçan Gülbənim. Klipimə rəng qatdığın üçün sənə minnətdaram. Sənin üçün darıxdım. Qəlbimdə yerin başqa olacaq" deyə, yazıb. Rəfiqəsinin məktubundan kövrələn Ərgən İnstaqram səhifəsində dəstək olub. Tək günahkarın D.Səki olmadığını qeyd edən ifaçı "Buda keçər" mahnısını ona həsr edib:

"Bitsin dərdin, çox bədəl ödədin. Çox ağır yükləri təkbaşına çiynində daşıdın. Tək sən idin günahkar? Tək sən bu qızıl günlərini çürüdərək, cəza çəkməliydin? Gözəl Dəniz Səki, yenə mahnıların dinləniləcək, yenə partlayacaq".

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.