banner
banner

Sosİal

FHN əhaliyə müraciət etdi - Ehtiyatlı olun!

FHN əhaliyə müraciət etdi -

Fövqəladə Hallar Nazirliyi havaların son günlər isti keçməsi ilə əlaqədar əhaliyə müraciət edib. Cia.az xəbər verir ki, nazirlik əhalini meşə massivlərində baş verən yanğınların təkrarlanmaması üçün ehtiyatlı olmağa çağırıb:

“Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır.

Yuxarıda qeyd olunanları, həmçinin, yanğınların milli sərvətimiz olan meşələrimizə, flora və faunaya törətdiyi təhlükəni, dövlət büdcəsinə vurduğu ziyanı, ən əsası isə insan həyatına yaratdığı riski nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi təbiətdə istirahət edən insanlardan odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə və lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edir.

Yanğın baş verdikdə və ya hər hansı yanğın təhlükəsi hiss etdikdə nazirliyin “112” qaynar xəttinə zəng vurmağınız xahiş olunur”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.