banner
banner

Şou

Millət vəkilindən müğənnilərə ittiham

Millət vəkilindən müğənnilərə ittiham

Millət vəkili Rafael Cəbrayılov müğənniləri vergi ödəməməkdə günahlandırıb.
 “Xəzər xəbər”ə müsahibə verən Milli Məclisin üzvü şou əhlinin ya heç vergi vermədiyini, ya da gəliri ilə ödədiyinin uyğun gəlmədiyini bildirib:
“Guya kimsə bilmir ki, hansı müğənni toya neçəyə gedir? Özləri telekanallarda bunu çəkinmədən deyirlər. Soruşun ki, bundan nə qədər vergi ödəyirsiniz? Bir lisenziya alırlar, müəyyən məbləğ verirlər. Bununla da məsələni bitmiş hesab edirlər, vergidən yayınırlar. Vergi deyəndə insanların işlədiyi bir yerdə qol çəkib aldığı əməkhaqqını anlayırlar. Vergi fiziki və hüquqi şəxsin əldə etdiyi gəlirdən dövlətə ödədiyi mənfəətdir. Bir ölümdən, bir də vergidən yayınmaq olmaz. Mən hər zaman qanunların sərtləşməsinə, vergi tariflərinin artırılmasına qarşı olmuşam. Amma bəzi hallara əməl edilməlidir”.
Millət vəkilinin sərt açıqlamalarına sənət adamları da biganə qalmayıb.
Əməkdar artist Baloğlan Əşrəfov məsələyə münasibət bildirib:
“Dövlət tədbirləri olanda rayonları qarış-qarış gəzirik, öz maşınımızla gedirik, çörəyi özümüz alırıq, çox şeyləri özümüz edirik. Müğənni qazandığını əyin-başına, bəzi xərclərinə verir. Amma cüzi miqdarda vergi də ödənilməlidir. Narazılıq etmirəm”.
Aşıq Əli isə vergi ödədiyini söyləyib:
“Müğənnilərin 50 faizi vergi ödəyir, yarısı isə yox. VÖEN yanımda deyil, amma ödəyirəm”.
Sorğu zamanı bir çox müğənni sualı cavablandırmaqdan boyun qaçırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.