Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
Cia.az-ın məlumatına görə, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Zirə-3”, “Dübəndi sobaları” və “28 May”, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Quba” Qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan, eləcə də Pirallahı rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Quba rayonunun qaz təchizatına təsir göstərməsi də mümkündür.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.