banner
banner

Sosİal

Tələbələrin borcları silindi

Tələbələrin borcları silindi

Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2014/2015-ci tədris ili üçün ilk iclası keçirilib.

 

ANS PRESS-in "Azərbaycan müəllimi" qəzetinə istinadla verdiyi məlumata görə, iclasda universitetin rektoru, professor Ədalət Muradov ölkədə ilk dəfə yaradılan SABAH
qruplarında 7 baza ali təhsil müəssisəsi arasında ADİU-nun I yerdə dayandığını bildirib. SABAH qruplarına müraciət edən tələbələrin üçdə birinin Azərbaycan Dövlət İqtisad
Universitetini seçdiyini deyən rektor əlavə edib ki, bu, ali təhsilin sabahıdır. Buna görə də ADİU SABAH gənclərinin təhsil alacağı auditoriyalara fərqli yanaşıb. Rektor bildirib ki,
universitetimizi necə görmək istəyiriksə, o modeli ilk olaraq "SABAH"da yaratmışıq. SABAH üçün yaradılan şərait bütün universitetə şamil olunacaq.

Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışılıb. Bildirilib ki, universitetin "İşçilərin işə qəbulu və yerdəyişməsi" komissiyasına 309 nəfər
müraciət edib. Onlardan 75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd olunub.

İclasda oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əməkhaqqlarının 15% artırıldığı bildirilib. Universitetin maliyyə bazası artdıqca əməkhaqlarının daha da yüksələcəyi
vurğulanıb. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə, birillik əməkhaqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.

Şura üzvləri Xüsusi İstedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti
hesabına ödənilsin. Tədbirdə ümumi iqtisadiyyat fakültəsinin adının dəyişdirilərək iqtisadiyyat və sənaye fakültəsi adlandırılması təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.

İclasda iyun ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən "İşçilərin universitetdaxili intizam qaydaları" ilə "Tələbələrin universitetdaxili intizam qaydaları"
qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib.

Elmi Şurada həmçinin ilin sonuna qədər universitetin ştat cədvəlinin hazırlanması, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi müzakirə olunub. Qərara alınıb ki, prorektorların
qəbul günləri müəyyən olunaraq universitetin saytında yerləşdirilsin.

Şurada MBA-nın Magistratura Mərkəzindən ayrılaraq departament kimi fəaliyyət göstərməsi səsə qoyularaq qəbul edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.