Hacıqabulda son iki həftədə təcili yardım şöbəsinə olan 500 müraciətdən 40 nəfəri günvurma diaqnozu ilə qeydiyyata alınıb.
Cia.az-a daxil olan məlumata görə, əvvəllər şöbəyə gün ərzində 10-15 müraciət daxil olurdusa indiki vaxtda bu çağırışların sayı 25 çatıb.
Təcili yardım şöbəsinə ən çox müraciət edənlər ürək-damar xəstəliyindən əziyyət çəkənlərdir. Gün şüaları, havaların kəskin istiləşməsi müxtəlif növ xəstəlikləri daha da hiddətlədirib. Xəstələr ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.
Qeyd edək ki, günvurma diaqnozu qoyulan xəstələrin çoxu Ələtdən Kürdəmir istiqamətində yolda nəqliyyat vasitəsini gözləyənlər olub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.