Müğənni Günel Ələkbərova millət vəkili Rafael Cəbrayılovun vergi ilə bağlı ittihamlarına cavab verib.
Sənətçi “Xəzər xəbər”ə açıqlamasında vergi ödəmədiyini etiraf edib: “Müğənnilər vergi ödəmir, amma o qədər fədakarlıqlar edirlər. Rafael müəllim niyə bunları nəzərə almır? Bütün dövlət tədbirlərində müğənnilər günlərlə rayonlara gedirlər. İfaçılara qarşı bu qədər də haqsızlıq olmasın. Bəli, mən vergi ödəmirəm. Çünki çox az hallarda toylara gedirəm”.
Qeyd edək ki, millət vəkili R.Cəbrayılov sənət adamlarını vergidən yayınmaqda ittiham edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.