Dünya şöhrətli müğənni Cennifer Lopez məşhur Amerika brendi “Endless”lə əməkdaşlığı çərçivəsində öz yeni qolbaq kolleksiyasını hazırlayıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ifaçı mətbuata açıqlamasında “Mənim “Endless” üçün eksklüziv kolleksiyam zərif və dəbə uyğundur. İnanıram ki, hər bir alıcı onların arasında öz istədiyi modeli tapa biləcək” sözlərini səsləndirib.
Qeyd edək ki, C.Lopezin kolleksiyasına təbii dəridən hazırlanmış, qara, qırmızı və qızılı detallarla dizayn olunmuş qolbaqlar daxildir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.