Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.
Cia.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.
Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.