Dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il azadlıqdan məhrum edilməsini tələb edir; müttəhimlərin vəkilləri onların bəraət almasına nail olmaq niyyətindədirlər; “Human Rights Watch”: “Onlar dərhal azadlığa buraxılmalıdır”
Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam edib. “Turan”ın xəbərinə görə, prosesi bu dəfə də yarımqapalı şəraitdə keçirilib. Belə ki, məhkəməni izləməyə gələn jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri zala buraxılmayıb.
Vəkillər məlumat veriblər ki, proses zamanı Arif Yunusun vəziyyəti yenidən pisləşib. O, məhkəmə zalına gətirilərkən durumu yaxşı olmayıb. Bu səbədən iclas başlayan kimi Leyla Yunus həyat yoldaşının vəziyyətinin agır olduğunu, ona təcili şəkildə tibbi yardim göstərilməli olduğunu bildirib. O, Arif Yunusun infarkt həddində olduğunu deyib.
Arif Yunus salındıqları şüşə kabinədə otura bilmədiyi üçün oradakı skamyanın üstünə uzadılıb. Vəziyyətin gərgin olduğunu görən hakimlər prosesdə fasilə elan ediblər, məhkəmyə həkim cağırılıb.
Fasilədən sonra dövlət ittihamçısı çıxış edib və ittihamların təsdiqini tapdığını deyib. Prokuror Leyla Yunusa 11, Arif Yunusa 9 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Vəkil: “Bunun nəyi cinayətdir?”
“Arif Yunusun 9 il müddətinə həbs olunması barədə prokurorun təklifi tamamilə əsassızdır”. Bunu A.Yunusun vəkili Əfqan Məmmədov deyib. O, jurnalistlərlə söhbətində bildirib ki, dövlət ittihamçısının yekun çıxışında yeni heç nə olmayıb, prokuror mahiyyətcə ittihamnaməni təkrar edib və A.Yunusun cinayətinin nədən ibarət olduğunu açıqlamayıb. Belə ki, onu dələduzluqda ittiham edərkən istintaq A.Yunus kimin vəsaitini mənimsədiyini, kimin etibarından sui-istifadə edərək onu aldatdığını açıqlamayıb. “İttihamın bütün mahiyyəti ondan ibarət olub ki, A.Yunus pullarını özünün bir hesabından başqa bir hesabına köçürüb. Digər bir cinayət isə odur ki, Arif Yunusun xaricdə yaşayan qardaşı onun mənzil alması üçün pul verib. Bunun nəyi cinayətdir?” deyə, vəkil qeyd edib.
O deyib ki, 24 şahidin heç biri A.Yunusun əleyhinə ifadə verməyib.
L.Yunusun vəkili Ramiz Məmmədov prokurorun çıxışı ilə razı olmadığını bildirib. Onun sözlərinə görə, müdafiə tərəfi yekun çıxışın hazırlanması üçün 10 gün vaxt istəyib, lakin məhkəmə cəmi 3 gün vaxt verib.
Müttəhimlərin vəkilləri onların bəraət almasına nail olmaq niyyətindədir. Proses avqustun 10-da davam etdiriləcək. Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub. “Amnesty International” təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.
“Human Rights Watch”: “Bu, məhkəmənin siyasi sifarişli proses olduğunu təsdiqləyir”
“Azərbaycan hakimiyyəti ağır vəziyyətdə olan yaşlı hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara qarşı təqiblərə son qoymalı, onları dərhal azad etməlidir”.
“Human Rights Watch” təşkilatının yaydığı bəyanatda belə deyilir. “Leyla və Arif Yunusların təqib olunması və həbsi ədalət mühakiməsinin parodiyasına çevirlib, onların səhhətinin pis olduğunu nəzərə alsaq bu cür məhkəmə prosesi yalnız qınaq doğurur”, - HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib. “Bu yaşlı adam nə dərəcədə xəstədir ki, hətta otura da bilmir. Bu, məhkəmənin oyunbazlıq, siyasi sifarişli proses olduğunu təsdiqləyir” deyə, o qeyd edib.
“Leyla və Arif Yunusların tibbi yardıma ehtiyacı var. Azərbaycanın beynəlxalq tərəfdaşları qətiyyətlə və yekdilliklə bu məhkəmə prosesini pisləməlidirlər” - Hyu Uilyamson bəyanının sonunda vurğulayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.