Estoniya hökuməti ictimai yerlərdə hicab geyinilməsinə dövlət səviyyəsində tam qadağa qoyulması məsələsinə baxmaq niyyətindədir. Bu ilk növbədə Avropa qaçqınların qəbulu üzrə proqram çərçivəsində ölkəyə gəlməsi gözlənilən müsəlman qadınlara aid ediləcək. Ölkəyə digər mədəni ənənələr daşıyıcısı olan insanların gəlməsi ilə əlaqədar yarana biləcək problemlər təhlil edilməlidir. Bu barədə Estoniyanın sosial məsələlər üzrə naziri Marqus Tsaxna deyib. Nazir ictimai yerlərdə hicab geyinilməsinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, bu təhlükəsizlik ilə bağlı problemlərin yaranmasına gətirib çıxara bilər. "Biz onları əvvəlcədən xəbərdar edirik. Onlara xüsusi status vermək niyyətində deyilik", — deyə nazir bildirib. O həmçinin Fransanı misal gətirərək bildirib ki, bu ölkədə sözü gedən qadağa artıq tətbiq edilib. Eyni zamanda M.Tsaxna vurğulayıb ki, bu cür məsələləri müsəlman əsilli qaçqınlar artıq ölkələrinə gələndən sonra həll etməyə başlayan Avropa ölkələri ciddi problemlərlə üzləşib. "Ona görə də Estoniya hakimiyyəti bunun qarşısını almalıdır ”, - deyə nazir bildirib. 12 iyun 2015-ci ildə Estoniya parlamentinin Avropa İttifaqı məsələləri üzrə komissiyası ölkədə Afrikadan olan 156 qaçqını yerləşdirməyə razılıq verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.