banner
banner

Dünya

İsrail Qəzzanı yenidən bombalayıb

İsrail Qəzzanı yenidən bombalayıb

İsrail dünən axşam saatlarında  Qəzzaya hava hücumu təşkil edib. 
Həmasın hərbi təhsil müəssəsinə edilən hücumda aralarında Fələstin polisinin də olduğu ən az dörd nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ciddi olduğu bildirilir.
İsrailli rəsmilərinin verdiyi açıqlamalara  görə hava hücumundan bir neçə saat əvvəl Qəzzadan İsrailə bir raket atılıb. Boş sahəyə düşən raketdən sonra edilən  ikinci raket sınağı isə Fələstin torpaqlarını keçə bilməyib.

Qəzzadan İsrailə ən son 16 İyul tarixində raket atılmışdı. Hər hücumdan Həması məsul tutan İsrail, doqquz ildir 1.8 milyon fələstinlinin yaşadığı bölgəyə embarqo tətbiq edir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.