banner
banner

İdman

Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı

Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı

Bu gün Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə start verilib.

İlk oyun günündə 3 qarşılaşma baş tutub.

Premyer Liqanın debütantı "Zirə" öz meydanında AZAL-ı sınağa çəkib. Heyətini gücləndirən "Zirə"nin Premyer Liqada debütü uğurlu alınıb. Oyun "Zirə"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Heyətində gəncləşdirmə siyasəti aparan "Neftçi" ilk turda öz meydanında "Kəpəz"i qəbul edib.  Yenidən Premyer Liqaya qayıdan "Kəpəz"in "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Bu görüşdə hesab açılmayıb - 0:0.

Maliyyə problemi ilə üzləşən "İnter" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Tarixi ərzində ilk dəfə Avropa Liqasında iki mərhələ adlamağı bacaran "İnter" Premyer Liqaya uğurlu start vermək niyyətində idi. Ancaq Bakı klubu bu istəyinə nail ola bilməyib. Oyun "Xəzər Lənkəran"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.  

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

9 avqust

Azərbaycan Premyer Liqası, 1-ci tur

21:00. “Neftçi” – “Kəpəz” - 0:0 
Hakimlər:
 Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
Bakı. 8-ci km qəsəbə stadionu.
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 70 ("Kəpəz")

21:00. “Zirə” – AZAL - 1:0 
Qol: Viktor İqbekoyi, 6 (1:0)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
Zirə Olimpiya İdman Kompleksinin stadionu

21:00. “Xəzər Lənkəran” – “İnter” - 2:0
Qollar:
  Elnur Cəfərov, 7 (1:0), Rahid Əmirquliyev, 31 (2:0)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev 
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

10 avqust

21:00. “Rəvan” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə 
“Bayıl Arena”

21:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.