Xalq artisti İlhamə Quliyeva hər zaman canlı ifaya üstünlük verdiyini deyib.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında türkiyəli ifaçı Funda Ararla bağlı maraqlı hadisə danışıb: “Heydər Əliyev Sarayında neçə saat canlı oxumuşam. Türk müğənniləri orada canlı ifa edə bilmirlər. Bir dəfə türkiyəli müğənni Funda Arar gəlmişdi. Mənə “Türk dünyasının kraliçası”, ona isə “Türkiyənin səsi” titulunu verdilər. Çıxdım, 4 saat canlı ifa etdim. Funda Arar oxuya bilmədi. Ona heç kim qulaq asmadı. Mənim ifamdan sonra insanlar durub getdilər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.