Hollivud ulduzu Corc Kluni 37 yaşlı həyat yoldaşı Amal Kluninin istəyi ilə malikanələrini satır. Cia.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, buna səbəb vəkil xanımın qısqanclığıdır. Kluninin bekar vaxtı yaşadıqlarını xatırlamasını istəməyən qısqanc Amal ondan Meksikadakı dənizkənarı evi, İtaliyadakı villanı, Los-Anceles və Nyu-Yorkdakı mənzilləri satışa çıxarmasını istəyib. Xanımını incitmək istəməyən Corc onun tələbi ilə razılaşıb.
Qeyd edək ki, bundan əvvəl Amal evdəki mebelləri də yeniləri ilə əvəzləmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.