banner
banner

Dünya

Özbəkistanda konsert faciə ilə nəticələndi

Özbəkistanda konsert faciə ilə nəticələndi
Özbəkistanda  konsert  zamanı  körpünün  uçması nəticəsində 15 nəfər həyatını itirib.
Əyləncə parkinda konsert zamanı  körpünün uçması nəticəsində 15  nəfər həyatını itirib. Özbəkistanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləsə də  həlak olanlar barəsində məlumat verməyib.
Faciə Özbəkistanın Xarəzm bölgəsinin Ugrenc şəhərində baş verib. Gölün mərkəzində yaradılan süni adada tanınmış müğənni Novruz Sabirovun konsertinə gəlmiş minlərlə gənc adaya gedən körpüyə çıxıb. Körpünün dayaqları kütləyə tab gətirməyib və uçub. Nəticədə insanlar gölə tökülüb.
 
Qeyd edək ki hökumət faciədə zərər çəkənlərə və ölənlərin ailələrinə kömək göstərmək üçün komissiya yaradıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.