banner
banner

Sosİal

Həbs edilmiş Xəzər

Həbs edilmiş Xəzər
Son günlər sosial medida Xəzərin Azərbaycan sahillərində çimərliklərin hasarlanması mövzusu yenidən aktuallaşıb. Hər il xüsusilə çimərlik mövzusunda müzakirə edilən bu mövzunun yaşı azı 15 ildir. 
Xəzərin sahillərindəki hasarlamalar və çimərliklərin özəlləşdirilməsi sözsüz ki, istirahət üçün dənizə üz tutanları daha çox narahat edir.
ANS TV-nin məlumatına görə, Xəzər dənizinin boş qalan sahil ərazisi demək olar ki, yoxdur, hər yer hasarlanıb. Bu isə o deməkdir ki, əhalinin kasıb təbəqəsinin gedə biləcəyi pulsuz çimərlik də qalmayıb. Ya dənizkənarı obyektə giriş üçün pul ödəyib keçməlisən, ya da pulsuz girib burdakı xidmətlərə görə pul ödəməlisən.
 
Paytaxt sakini Paşa Əmrullayev deyir ki, 10 manat verib stol almışam, amma ora heç bir xidmət daxil deyil.
 
2008-ci ildə verilən sərəncama əsasən, dəniz sahilindən 20-50 metrə qədər məsafədə hasar çəkmək qadağan edilib. 
 
Həmin sərəncamda o da qeyd olundu ki, əhalinin dənizə girmə hüququnu məhdudlaşdırmaq olmaz. Bundan başqa, bu gün qüvvədə olan İnzibati Xətalar Məcəlləsində də dəniz kənarının hasarlanması qadağandır.
 
“Dənizin kənarı hasarlana bilər, ancaq dənizə keçid məhdudlaşdırıla bilməz. Ola bilər ki, 100 km məsafəni hasarlasınlar, həmin məsafədən sonra əhalinin dənizə keçməsi üçün keçid qoysunlar. Təbii ki, belə olan halda heç bir vətəndaş 10-20 və yaxud 100 km məsafəni qət edib istirahət etmək üçün dənizə getməyəcək”, – deyə ekspert Nüsrət İbrahimov bildirib. 
 
Müşahidələrimiz isə onu deməyə əsas verir ki, Xəzərin sahili zəbt olunub. 
 
Pulun yoxdursa, nəinki dənizdə çimə, istirahət edə, hətta dəniz havasını da uda bilməzsən.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.