banner
banner

Şou

Bu foto qalmaqala səbəb oldu

Bu foto qalmaqala səbəb oldu

Aktyor Burak Özçivitin rol yoldaşı Neslihan Atagül haqqında açıqlaması aktrisanın sevgilisi Kadir Doğulunu əsəbiləşdirib. 

“Kara Sevda” serialında Neslihan Atagüllə baş rolu paylaşan aktyor aktrisa ilə oynayacağı romantik eşq səhnələrinin Fahriye Evcenlə münasibətlərində problem yaratmayacağını bildirib:

“Fahriye ilə bir-birimizə tam güvənirik. Həm də Neslihanın sevgilisi Kadir Doğulu mənim dostumdur. Bizdə səhv hərəkət olmaz”.

Özçivitin açıqlamasının mediada  “Dostumun xətrinə səhv etmərik” başlığı ilə yayımlanması Doğulunun xoşuna gəlməyib. O “Twitter” səhifəsinə “Nə qədər də özünə aşiq bir adamdır. Çox təhlükəlidir” tvitini yazaraq Burak Özçivitin hər qadını özünə aşiqetmə potensialına malik olduğunu vurğulayıb. 

Qeyd edək ki, “Fatih Harbiye” serialında eşq yaşayan cütlüyü canlandıran Kadir Doğulu və Neslihan Atagül qısa bir müddət sonra gerçək həyatda da sevgi münasibəti qurub. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.