banner
banner

Gündəm

Əli İnsanov 3 gün karsa salınıb

Əli İnsanov 3 gün karsa salınıb

Keçmiş səhiyyə naziri Əli İnsanov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında karsa salınıb. 

Cia.az-ın “Azadlıq” qəzetinə istinadən verdiyi məlumatına görə, Əli İnsanov xarici banklardakı qonorarlarının müsadirəsinə dair məhkəmə qərarından verdiyi apelyasiya şikayəti ilə əlaqədar avqustun 1-də Bakı İstintaq Təcridxanasına aparılıb və dərhal karsa salınıb. Keçmiş nazir 3 gün karsda saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Əli İnsanovun xarici banklardakı qonorarlarının müsadirəsinə dair iyunun 18-də qərar çıxarıb. Əli İnsanov bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Keçmiş nazir Apelyasiya Məhkəməsində şüşə qəfəsə salınaraq danışmasına imkan verilmədiyini əsas gətirərək prosesdə iştirakdan imtina edib. Buna baxmayaraq avqustun 1-də onu məcburən 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına aparıblar.

Əli İnsanovun apelyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə artıq avqustun 6-da işə Əli İnsanovun iştirakı olmadan baxılmağa dair qərar çıxarıb. İşə isə avqustun 14-də baxılacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.